Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2014 » oktyabr » 10
Azərbaycan Silahlı Qüvvələrinin hərbiçisi şəhid olub. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumata görə, oktyabrın 9-da saat 14.35 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutub. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin 1990-cı il təvəllüdlü, Ağdam rayonundan hərbi xidmətə çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əhmədov Tural Məhərrəm oğlu döyüş mövqeyində düşmən atəşinin qarşısını alarkən həlak olub. Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi dünyasını dəyişmiş əsgərimizin doğmalarına dərin hüznlə başsağlığı verir və səbr diləyib.
Baxış: 411 | Əlavə etdi: mozalax | Tarix: 10.10.2014 | Şərhlər (0)

Hadisə yerinə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev gəlib.  Lent.az-ın APA-ya  istinadən verdiyi məlumata görə, nazir müavini bildirib ki, yanğın nəticəsində  1 nəfər tüstüdən boğularaq ölüb, 5 nəfər isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. E.Mirzəyev deyib ki, yanğın təxminən 350 kv.m. sahəni əhatə edib. Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.  Hazırda, FHN xilasediciləri yanğın nəticəsində dünyasını dəyişən şəxsin meyitinin çıxarılması üçün tədbirlər görürlər.      **** 21.33   Sumqayıtda “Karvan” ticarət mərkəzində yanğın başlayıb. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt hissəsinin 7 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Hazırda yanğının söndürülməsi və yayılmasının qarşısının alınması üçün tədbirlər görülür.     FHN Xüsusi Riskli Xilaetmə Xidmətinin xilaediciləri ərazidə təhlükəsizlik tədbirləri görürlər.    Əlavə məlumat veriləcək.
Baxış: 362 | Əlavə etdi: mozalax | Tarix: 10.10.2014 | Şərhlər (0)

Bakıda quldurluq hadisəsi baş verib.Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Bilgəh qəsəbəsində 3 nəfər naməlum şəxs Üzeyir Hacıbəyov küçəsindəki marketə basqın edib. Maska taxmış həmin şəxslər avtomatla marketin mühafizəçisinə zor tətbiq ediblər və onun əl-qolunu bağlayılar. Daha sonra maskalı şəxslər marketə bitişik quraşdırılmış Beynəlxalq Banka məxsus bankomata qumbara bağlayıblar və partlayıcı qurğunu işə salıblar.   Partlayışdan sonra həmin şəxslər bankomatdakı külli miqdarda pulu götürərək naməlum istiqamətdə uzaqlaşıblar.    Hadisə nəticəsində xəsarət alan olmayıb.   Hazırda faktla bağlı zəruri əməliyyat axtarış və istintaq tədbirləri həyata keçirilir. Quldurluq əməlini törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində operativ əməliyyat qrupları təşkil olunub.
Baxış: 369 | Əlavə etdi: mozalax | Tarix: 10.10.2014 | Şərhlər (0)

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, Azərbaycan beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşaraq 7 avqust 2014-cü il tarixdə Respublikanın ərazisində saxlanan və 8 avqust 2014-cü il tarixdə saxlanma yerində qəflətən ölən Ermənistan silahlı birləşmələri diversiya qrupunun üzvü, 1981-ci il təvəllüdlü Petrosyan Karen Artuşeviçin nəşini qarşı tərəfə qaytarıb. Proses 10 oktyabr 2014-cü il tarixdə Qazax rayonu, Bala Cəfərli kəndi ərazisində baş tutub.   İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.   Qeyd edək ki, avqustun 7-də Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Düşmən qrupunun zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində dəstənin 4 üzvü məhv edilib, daha bir üzvü, Berd rayonunun Çinari kənd sakini, 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən ələ keçirilib.   Avqustun 8-də səhər saatlarında dəstənin ələ keçirilmiş üzvü Karen Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib. İlkin ehtimala görə K.Petrosyanın ölümünə kəskin ürək-ağciyər çatışmazlığı, kəskin miokardial çatışmazlıq səbəb olub.
Baxış: 280 | Əlavə etdi: mozalax | Tarix: 10.10.2014 | Şərhlər (0)

Baş nazir Artur Rasizadənin rəhbərliyi altında oktyabrın 10-da Müdafiə Nazirliyində müşavirə keçirilib. Lent.az-ın nazirliyin rəsmi saytına istinadən xəbərinə görə, toplantıda Baş nazirin müavini Abid Şərifov, Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə Sənayesi naziri Yavər Camalov, Maliyyə naziri Samir Şərifov, Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, müdafiə nazirinin müavinləri və digər vəzifəli şəxslər iştirak ediblər. Müşavirədə Silahlı Qüvvələrin təchizatında olan döyüş texnikasının, silah və sursatların modernləşdirilməsi, o cümlədən ordunun müasir, yüksək dəqiqlikli, uzaqvuran silah və sursatlar, yeni texnologiyalı avadanlıqlarla təmin olunması imkanları, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması və digər məsələlər müzakirə edilib.     *** 13:37   Bu gün Müdafiə Nazirliyində hesabat dövrünün nəticələrinə həsr olunmuş toplantı keçirilib. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, prezident İlham Əliyevin sədrliyi ilə 2014-cü ilin doqquz ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas Silahlı Qüvvələr qarşısında qoyulan tapşırıqların həlli məqsədilə keçirilib. Toplantıda Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, Müdafiə Nazirliyinin baş idarə və idarə rəisləri, birlik komandirləri iştirak ediblər. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi i ... ardı »
Baxış: 455 | Əlavə etdi: mozalax | Tarix: 10.10.2014 | Şərhlər (0)

Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  oktyabr 2014  »
b.eç.açc.ac.şb
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024