Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2014 » oktyabr » 29
Deputata beynəlxalq terrorçuluğu maliyyələşdirməkdə ittiham olunur  Rusiyanın Komi Respublikasının Dövlət Şurasının deputatı Akif Sayadov həbs olunub.   APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Komi Respublikası üzrə İstintaq İdarəsi məlumat yayıb.   Komi parlamentindən bildirilib ki, yerli deputatlar toxunulmazlığa malik olmadığı üçün bu cür həbslər təəccüb doğurmamalıdır.   A.Sayadov bir sıra iqtisadi cinayətlərdə və beynəlxalq terrorçuluğu maliyyələşdirməkdə ittiham olunur. Ümumrusiya Azərbaycanlıları Konqresinin Komi bölməsi ittihamları cəfəngiyat adlandırıb.   Qeyd edək ki, 63 yaşlı A.Sayadov “Uxtaneftqazgeologiya” ASC-nin baş direktorudur. O, Azərbaycanda - Naxçıvan MR-in Culfa rayonunda anadan olub. 1974-cü ildə Azərbaycan Neft-Kimya İnstitutunu (indiki Dövlət Neft Akademiyasını) kimyaçı-texnoloq ixtisası üzrə bitirib. 1990-cı ildə “Uxtaneftqazgeologiya” ASC-nin istehsalat-texniki təchizat idarəsinə rəhbərlik etmək üçün Komiyə dəvət olunub. 2006-cı ilin martında “İntaneft” QSC-nin əvvəlcə baş, sonra isə icraedici direktoru təyin edilib. 2008-ci ilin yanvar-may aylarında “Geotex Menecment” holdinqdə biznesin inkişafı üzrə direktor işlədikdən sonra yenidən “Uxtaneftqazgeologiya” ASC-yə qayıdıb. 2011-ci ilin martında Komi Respublikasının Dövlət Şurasının deputatı seçilib. Hakim “Vahid Rusiya” fraksiyasının üzvüdür.
Baxış: 373 | Əlavə etdi: mozalax | Tarix: 29.10.2014 | Şərhlər (0)

Xudayar Həsənov məhkəmə zalındaca həbs edilib  Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin Tibb Fakültəsinin dekanı olmuş Xudayar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Xudayar Həsənov 4 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Xudayar Həsənov məhkəmə zalında həbs edilib. Xudayar Həsənov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olma ), 311.3.1, 311.3.2, və 311.3.3 (rüşvət alma ) maddələri ilə ittiham edilib. İttihama görə, universitetin rektoru və digər məsul şəxslərlə əlbir olub. Onlar TQDK-nın xətti ilə imtahan verərək ali məktəblərə qəbul oluna bilməyən abituriyentlərin valideynlərindən külli miqdarda rüşvət alıblar. Bunun müqabilində həmin şəxslərin Dağıstan Respublikasının Mahaçqala şəhərində yerləşən Maliyyə və Hüquq İnstitutunda, Dərbənd şəhər S.Stalski adına Açıq Sosial Universitetində və Dərbənd Humanitar İnstitutunda təhsil almaları haqda arayışlar hazırlayıblar.
Baxış: 436 | Əlavə etdi: mozalax | Tarix: 29.10.2014 | Şərhlər (0)

Hüquq-mühafizə orqanlarına yalan məlumat verən şəxsə 5 il həbs cəzası verilib  Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gecə klubuna partlayıcı qurğu qoyulması barədə hüquq-mühafizə orqanlarına yalan məlumat verən Ziya Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ziya Səfərov 5 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, bu ilin iyulun 1-də, saat 23.00 radələrində naməlum şəxs taksafondan Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə zəng edərək paytaxtın Nizami rayonu Q.Qarayev prospektində yerləşən “Plaza” gecə klubunda partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat verib. Dərhal müvafiq tədbirlər görülüb və məlumat təsdiqini tapmayıb. Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bilə-bilə yalan məlumatı verən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ziya Səfərov tutulub.
Baxış: 378 | Əlavə etdi: mozalax | Tarix: 29.10.2014 | Şərhlər (0)

Hərbi obyektdə yadplanetlilər yaşayırdı  Məşhur amerikalı alim Boyd Busman ölümündən əvvəl dünyada sensasiyaya səbəb olacaq qeydlər yazıb. Lent.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, alim ABŞ-da bir çox gizli layihələrin həyata keçirildiyi Nevada ştatında yerləşən və "Area 51" adlandırılan hərbi mərkəzdə yadplanetlilərin şəkillərini çəkdiyini bildirib.   Bushman qeyd edib ki, ABŞ rəsmiləri tərəfindən inkar edilən “Area 51” mərkəzində olub və oradakıları öz gözləri ilə görüb: “Orada yadplanetlilərlə bağlı araşdırma aparan bir qrup alim var və mən bunun şahidi olmuşam”.   O, çəkdiyi fotoşəkillərlə yadplanetlilərin iki növünün olduğunu iddia edib və bildirib ki, uzun barmaqlara və pərdəli ayaqlara sahib olanlar "Quintumnia" adlı planetdən dünyaya gəliblər.   Rəsmi Vaşinqton alimin iddiasını nə təsdiq, nə də təkzib edib.   Qeyd edək ki, B.Busman bu ilin 7 avqust tarixində 78 yaşında vəfat edib. O, bir sıra araşdırmaların və elmi kəşflərin müəllifidir.
Baxış: 355 | Əlavə etdi: mozalax | Tarix: 29.10.2014 | Şərhlər (0)

Yaralılardan 4-ü azyaşlı uşaqdır  Bu gün Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin  saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunda “HONDA” markalı minik avtomobilinin yol ayrıcındakı maneə çırpılması barədə məlumat daxil olub. Nəticədə avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü İsayev Rövşən Eldar oğlu və sərnişin 1984-cü il təvəllüdlü Qəhrəmanov Samir  Bəhram oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Avtomobildə müxtəlif bədən xəsarətləri alanlar 3 nəfər (2 nəfər qadın, 1 nəfər kişi), 4 nəfər azyaşlı və hər 2 meyit yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.   Əməliyyat saat 15:02-də başa çatıb.
Baxış: 420 | Əlavə etdi: mozalax | Tarix: 29.10.2014 | Şərhlər (0)

Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  oktyabr 2014  »
b.eç.açc.ac.şb
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024