Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2014 » oktyabr » 31
Oktyabrın 30-da saat 16:10 radələrində Bakıda quldurluq hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qaradağ rayonunda yerləşən ticarət mərkəzində naməlum şəxs Abşeron rayon sakini İlqar Hüseynovun üzündən elektroşokla vuraraq içərisində 5000 manat olan sellofan paketi əlindən alıb qaçıb. Qaradağ RPİ 10-cu Polis Bölməsi, Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Şərur rayon sakini Mübariz Zaxarov tutulub.   Araşdırmalar davam etdirilir.
Baxış: 391 | Əlavə etdi: mozalax | Tarix: 31.10.2014 | Şərhlər (0)

Vağzalın yerləşdiyi ərazi yaşıllığın artırılması üçün istifadə ediləcək  “Böyük Bakının Regional İnkişaf Planında dəmir yolu vağzalının köçürülməsi nəzərdə tutulub”. Bunu Lent.az-a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib. Onun sözlərinə görə, şəhərin mərkəzinə çoxlu sayda sərnişin və yük qatarlarının daxil olmasına ehtiyac yoxdur.   “Nəqliyyat Nazirliyi Bakı dəmir yolu vağzalının köçürülməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təkliflə müraciət etsə, yeni  vağzal üçün yer ayrıla bilər”.   Şöbə müdiri vurğulayıb ki, şəhərin mərkəzində iki dəmir yolu xəttinin qalması planlaşdırılır: “Həmin xətlər Bakı kəndlərinə gediş-gəlişi təmin etmək üçün nəzərdə tutulub. Dəmir yolu vağzalının yerləşdiyi ərazi yaşıllığın artırılması üçün istifadə ediləcək. Bu, həm də paytaxtın mərkəzi hissəsində səs-küyü, insanların narahatlığını aradan qaldıracaq”.
Baxış: 387 | Əlavə etdi: mozalax | Tarix: 31.10.2014 | Şərhlər (0)

Xidmətdə yol verdiyi nöqsanlara görə işdən qovulan keçmiş polis əməkdaşı həbs olunub Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Osmanov Mehralı Məhəmməd oğlu Cinayət Məcəlləsinin 237.2.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə - bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir.   M. Osmanov Daxili İşlər Nazirliyinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.   Qeyd edək ki, M. Osmanov uzun illər polis orqanlarında çalışıb. Bir müddət əvvəl isə xidmətdə yol verdiyi nöqsanlara görə işdən qovulub.   M. Osmanov 2005-ci ildə keçirilən Parlament Seçkilərində 109 saylı Balakən Seçki Dairəsindən deputatlığa namizəd olub. Yazdı:Musa Səmədov
Baxış: 450 | Əlavə etdi: mozalax | Tarix: 31.10.2014 | Şərhlər (0)

Hə, dostlar, keçən dəfəki yazıda söz açdığım belorus gənclər gəldikdən sonra düşərgə həyatına xeyli rəng qatmışdılar. Onlar get-gedə mənimlə daha çox isinişir, yanımda hər sirlərini danışırdılar. Gənclər milliyyətcə belorus olsalar da, sonralar bildim ki, öz dillərini bilmir, rus dilini doğma dil kimi kullanırlar. Zalım uşağı, sanki sığınacaq almağa yox, mağazalardan, ayrı-ayrı müəssisələrdən oğurluq eləmək məqsədi ilə gəlmişdilər.   Onlar bəzən günlərlə yoxa çıxır, Stokholmdakı həmyerlilərinin yanında qalırdılar. Bu aralarda məndən ötrü darıxar, düşərgəyə girən kimi otağıma gəlməyə tələsərdilər. Düzü, bu yeniyetmə xuliqanları oğurluq vərdişlərinə görə tez-tez danlasam da, onların çevikliyi, dünyanı veclərinə almamaları xoşuma gəlirdi. Qoyun sürüsü kimi yatışan ərəblər hara, civə kimi bir yerdə dayanmayan bu sarışınlar hara?   Bir dəfə yenə gecəyarı gəldilər ki, qalx, gedək bizim otağa, sənə sürprizimiz var. Kompüteri söndürüb, onların otağına gəldim. Gənclər otaqlarının pəncərəsindən həzin-həzin yağan qarın altında yatan bir maşın göstərib dedilər, bunu təzə almışıq, necədi, xoşuna gəlir? Məni gülmək apardı, maşınlarını “qutladıqdan” sonra dedim, siz nağayrırsınız əə, köpəyuşağı, olmaya bunu da oğurlamısınız?! Dedilər, yox, oğurluq deyil, atışıb hesabımızdakı pulla almışıq.   İsveçdə benzin baha olsa da avtomobil çox ucuzdu. Bu mənada, onların yalan danışmadığı qənaətinə gəldim. Lakin düşərgə həyatında bizə heç də maşın lazım deyildi, çünki marşrut avtobuslar hər tərəf ... ardı »
Baxış: 400 | Əlavə etdi: mozalax | Tarix: 31.10.2014 | Şərhlər (0)

Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  oktyabr 2014  »
b.eç.açc.ac.şb
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024