Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2014 » oktyabr » 07
9 | 20 °CKülək 2.2 m/s Yağış 25%Fırtına 0%Bulud 1%
Baxış: 432 | Əlavə etdi: mozalax | Tarix: 07.10.2014 | Şərhlər (0)

11 | 18 °CKülək 2.2 m/s Yağış 50%Fırtına 0%Bulud 88%
Baxış: 419 | Əlavə etdi: mozalax | Tarix: 07.10.2014 | Şərhlər (0)

9 | 19 °CKülək 2.1 m/s Yağış 62%Fırtına 0%Bulud 32%
Baxış: 350 | Əlavə etdi: mozalax | Tarix: 07.10.2014 | Şərhlər (0)

11 | 15 °CKülək 2.9 m/s Yağış 58%Fırtına 0%Bulud 91%
Baxış: 367 | Əlavə etdi: mozalax | Tarix: 07.10.2014 | Şərhlər (0)

10 | 15 °CKülək 3.9 m/s Yağış 77%Fırtına 0%Bulud 100%
Baxış: 521 | Əlavə etdi: mozalax | Tarix: 07.10.2014 | Şərhlər (0)

10 | 16 °CKülək 2.7 m/s Yağış 96%Fırtına 0%Bulud 100%
Baxış: 427 | Əlavə etdi: mozalax | Tarix: 07.10.2014 | Şərhlər (0)

Bərdə - Həsənqaya yolunun 9-cu kilometrlində “Mercedes” və "VAZ-2106" markalı avtomobillər toqquşub. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, zərbə nəticəsində havaya qalxan "VAZ-2106" yolda hərəkət edən Zahid Abbasovun idarə etdiyi "VAZ-21010" markalı avtomobilin üzərinə düşüb. "VAZ-2106" markalı avtomobilin sürücüsü, Ağdamın İmamqulubəyli kənd sakini 49 yaşlı İxtiyar Qəmbərov hadisə yerindəcə dünyasını dəyişib.   Qəza nəticəsində xəsarət alan sərnişin - 26 yaşlı Gülmirə Nəcəfzadə Bərdə Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti normaldır.    Hadisə yerində araşdırma aparan Bərdə rayon PŞ əməkdaşlarının verdiyi məlumata görə, qəzaya "VAZ-2106" markalı avtomobilin yüksək sürətlə “Mercedes”in yoluna çıxması səbəb olub.
Baxış: 445 | Əlavə etdi: mozalax | Tarix: 07.10.2014 | Şərhlər (0)

Olimpiya çempionuna 6 ay cəza verilib. Lent.az-ın milliyyet.com.tr-ə istinadən məlumatına görə, ABŞ Üzgüçülük Federasiyası sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə, olimpiya çempionu Maykl Felpsi milli komandanın heyətindən 6 aylıq uzaqlaşdırıb.     Sentyabrın 30-da Mariland əyalətinin Baltimore kəndində içkili avtomobil idarə etmək və sürət həddini aşdığına görə 29 yaşlı üzgüçü polis tərəfindən saxlanılıb. Üzgüçülük Federasiyası federasiyanın və üzgüçülük idmanın nüfuzunu zədələdiyinə görə 6 aylıq cəza verib.   Bununla da olimpiya çempionu 2015-ci ildə “Dünya Su İdmanları” çempionatında iştirak edə bilməyəcək. Buna səbəbdən o, komandanın heyətindən uzaqlaşdırıb.     Qeyd edək ki, Maykl Felps 2004-cü ildə də sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə 18 aylıq, 2009-cu ildə isə narkotik maddə qəbul etdiyinə görə 3 aylıq idmandan kənarlaşdırılıb.
Baxış: 435 | Əlavə etdi: mozalax | Tarix: 07.10.2014 | Şərhlər (0)

Prezident İlham Əliyev oktyabrın 7-də Böyük Britaniya Baş nazirinin ticarət üzrə səfiri, Lordlar palatasının üzvü Lord Risbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub, bu əlaqələrin genişləndiyi və yaxşı perspektivlərinin olduğu vurğulanıb.   Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsində parlamentlərarası əməkdaşlığın önəmi qeyd olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Baxış: 425 | Əlavə etdi: mozalax | Tarix: 07.10.2014 | Şərhlər (0)

Oktyabrın 1-dən etibarən Gənclərin III Ümumrespublika Teatr Festivalına qeydiyyat başlayıb. Lent.az-ın məlumatına görə, festivala ssenari seçimi və rejissor, aktyor heyətinin formalaşdırılması üçün iştirak blankı əldə etmək istəyənlər info@asa.edu.az elektron ünvanına müraciət edə bilər, (070) 3993639, (012) 4304367 telefonların ilə əlaqə saxlaya bilərlər. Qeydiyyat bir ay davam edəcək.   Yerlər məhduddur! Yalnız 12 komanda (tərkibində maksimum 10 iştirakçı ola bilər) iştirak üçün təsdiq ediləcək. I yerin qalibinə 3000 manat, II yerin qalibinə 2000 manat, III yerin qalibinə isə 1000 manat pul mükafatı veriləcək.   Qeyd edək ki, Gənclərin Ümumrespublika Teatr Festivalına 2 il ərzində 250-ə yaxın istedadlı, yaradıcı gənc qoşulub. Festivalın keçirilməsinin əsas məqsədi gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etməkdir. Festivalın ideya müəllifi millət vəkili Jalə Əliyevadır. Festival çərçivəsində iştirakçılar möhtəşəm ART – kampında iştirak edəcək, ölkənin ən tanınmış incəsənət və mədəniyyət xadimlərinin ustad dərsləri alacaqlar.
Baxış: 303 | Əlavə etdi: mozalax | Tarix: 07.10.2014 | Şərhlər (0)

Şəki deyərkən, ilk növbədə bu rayonun nümayəndələrinin danışıq tərzi yada düşür. Bu bölgənin sakinlərinin ləhcəsi kimi gözəl ləhcəyə siz başqa heç bir yerdə rast gəlməyəcəksiniz. Nə haqqında danışmalarından asılı olmayaraq, danışdıqları hər şey çox xoş və həlim səslənir.   Beləliklə, qısaca olaraq Şəki haqqında Şəki rayonunun inzibati mərkəzi - Azərbaycanın ən qədim şəhərlərindən olan Şəki şəhəri - Böyük Qafqaz sıra dağlarının mənzərəli cənub yamaclarının qarlı zirvələri fonunda yerləşir. Şəkini haqlı olaraq respublikanın memarlıq qoruğu adlandırırlar. (Məlumat wHYPERLINK "http://www.azerbaijan.travel/"ww.azerbaijan.travel veb səhifəsindən götürülüb)
Baxış: 486 | Əlavə etdi: mozalax | Tarix: 07.10.2014 | Şərhlər (0)

İngiltərə çempionatında dünən keçirilən “Çelsi” – “Arsenal” qarşılaşmasında dava düşüb.Lent.az-ın məlumatına görə, hər iki klubun baş məşqçisi Venger və Mourinyo arasında xoşagəlməz mübahisə düşüb. Belə ki, oyunun 21-ci dəqiqəsində zadəgan klubunun oyunçusu Qari Kehil arsenallı futbolçu Aleksis Sançezə qarşı kobud oynayıb. Həmin anda hakimə etirazı bildirən Venger və Mourinyo arasında insident baş verib. Arsenalın baş məşqçisi Venger “Çelsi”li həmkarı Mourinyonun yanına gələrək sinəsindən itələyib. Hakimlərin işə qarışmasından sonra insidentin böyüməsinin qarşısı alınıb. Qeyd edək ki, “Çelsi”- “Arsenal” matçı birincilərin 2:0 hesabı ilə qalibiyyəti ilə başa çatıb
Baxış: 366 | Əlavə etdi: mozalax | Tarix: 07.10.2014 | Şərhlər (0)

Azərbaycan millisi daha bir itki ilə üzləşib. Lent.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, “Qəbələ”nin üzvü Ruslan Əmircanov zədəli olduğu üçün AVRO-2016-nın seçmə mərhələsinin İtaliya və Xorvatiya ilə oyunlarında komandamıza kömək edə bilməyəcək.   Bundan əvvəldə “Qəbələ”nin üzvü Ruslan Abışovda zədə ucbatından milli komandanın heyətindən uzaqlaşdırılıb.   Qeyd edək ki, Azərbaycan milli komandası oktyabrın 10-da İtaliya ilə, 3 gün sonra isə Xorvatiya yığması ilə qarşılaşacaq.
Baxış: 392 | Əlavə etdi: mozalax | Tarix: 07.10.2014 | Şərhlər (0)

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.   Rusiya Federasiyasının Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.   Dövlət başçıları ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, yüksək səviyyədə görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından önəmini qeyd edib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini bildiriblər.
Baxış: 500 | Əlavə etdi: mozalax | Tarix: 07.10.2014 | Şərhlər (0)

Bakıda məhkum xəstəlikdən ölüb. APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində qeydə alınıb. Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirləndirilərək 3 il müddətinə azadlıqdan məhrum edilən, 1980-cı il təvəllüdlü Sabir Quliyev müalicə aldığı müəssisədə dünyasını dəyişib.Nizami Rayon Prokurorluğundan APA-ya məhkumun ölüm faktını təsdiqləyiblər.Faktla bağlı araşdırma aparılır.

Baxış: 363 | Əlavə etdi: mozalax | Tarix: 07.10.2014 | Şərhlər (0)

Türkiyə milli komandasının heyətindən 6 futbolçu çıxarılıb.Lent.az-ın Türkiyə Futbol Federasiyasının saytına istinadən məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Çexiya və Latviya ilə keçirəcəyi oyunlar öncəsi əsas heyətdən 6 futbolçu zədəsi ucbatından komandan uzaqlaşdırılıb.Millinin heyətində zədəli Ömər Toprak, Hakan Çalhanoğlun, Volkan Dəmirəl, Burak Yılmaz, Mustafa Pektemek və Kaan Ayhan qarşıdan gələn oyunlarda  komandalarına kömək edə bilməyəcək.Əvəzlərində  baş məşqçi Fatih Terim Mert Günoku , Adem Büyükü, Muhammet Demiri yığmaya dəvət edib.

Baxış: 353 | Əlavə etdi: mozalax | Tarix: 07.10.2014 | Şərhlər (0)

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiası yeni film çəkilir. Kinostudiayadan Lent.az-a verilən məlumata görə, Mədəniyyət və Turizm Nzirliyinin sifarişi ilə “İçəri Şəhər” adlı tammetrajlı bədii filmin istehsalına başlayıb. Psixoloji dram janrında olacaq filmin quruluşçu rejissoru İlqar Safat, ssenari müəllifləri Təhminə R. Cəbrayıl və İlqar Safat, quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.  Hazırlıq dövründə olan film gənc qızın Qarabağ müharibəsi veteranına olan sevgisindən bəhs edir.

Baxış: 405 | Əlavə etdi: mozalax | Tarix: 07.10.2014 | Şərhlər (0)

Çində küçədə oynayan uşaqlara bıçaqla hücum edilib. Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə Henan əyalətində baş verib. Hücum nəticəsində 4 uşaq boyun nahiyəsindən bıçaq xəsarəti alıb. Həyatı təhlükəsi olmasa da, yaralılardan 2-nin vəziyyəti ağırdır. Azyaşlıları al-qana bulayan şəxsi yoldan keçənlər tutub polisə təhvil veriblər. Faktla bağlı cinayət işi açılıb. Hücum edənin kimliyi və hadisəni törətmə səbəbləri araşdırılır. Qeyd edək ki, bu hadisə Çində ilk deyil. Bir ay əvvəl də psixoloji problemləri olan bir nəfər Quansi-Cuansk rayonunda bıçaqla azyaşlılara hücum etmişdi. Hücum nəticəsində 3 uşaq ölmüşdü. 

Baxış: 372 | Əlavə etdi: mozalax | Tarix: 07.10.2014 | Şərhlər (0)

Prezident İlham Əliyev oktyabrın 7-də Böyük Britaniya Baş nazirinin ticarət üzrə səfiri, Lordlar palatasının üzvü Lord Risbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub, bu əlaqələrin genişləndiyi və yaxşı perspektivlərinin olduğu vurğulanıb. Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsində parlamentlərarası əməkdaşlığın önəmi qeyd olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Baxış: 436 | Əlavə etdi: mozalax | Tarix: 07.10.2014 | Şərhlər (0)

Oktyabrın 6-da “Yeni Üfüq “ Mənəvi İrsin Təbliği İctimai Birliyinin gəncləri Qurban bayramı münasibətilə “Hər ay bir gün” adlı növbəti aksiyanı Şəhidlər və 2-ci Fəxri Xiyabanda həyata keçirib.Birliyin sədri Sevinc ƏzimbəylininLent.az-a verdiyi məlumata görə, il boyunca “Yeni Üfüq”ün gəncləri məmləkətimizin qəhrəman şəhid övladlarının xatirəsini əziz tutaraq, “Hər ay bir gün” adlı aksiyasını davam etdirməkdədir: “Əsas hədəfimiz ölkəmizdə milli-mənəvi dəyərlərimizin, vətənpərvərlik hisslərinin gənclərimiz arasında yüksəltməkdən ibarətdir. Bu gün də gənc “Yeni Üfüq”çülər mübarək bayram günündə müqəddəs Şəhidlərimizi ziyarət edərək onların məzarları üzərində, eləcə də ətrafda geniş təmizlik işlərini həyata keçiriblər.”Sevinc Əzimbəylinin sözlərinə görə, əsas məqsəd ölkəmizdə milli-vətənpərvərlik duyğularının gənclər arasında yüksəlişinə nail olmaq və şəhid doğmalarına cəmiyyətin biganə qalmadığını nümayiş etdirməkdir.    

Baxış: 414 | Əlavə etdi: mozalax | Tarix: 07.10.2014 | Şərhlər (0)

Bakıda “VAZ” markalı maşın yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Nərimanov rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Baxış: 361 | Əlavə etdi: mozalax | Tarix: 07.10.2014 | Şərhlər (0)

Bakıda zəncirvari qəza baş verib. APA-nın məlumatına görə, Binəqədi rayonunda 6 maşının toqquşması və 2 nəfərinin ağır yaralanması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.  Sürücüsü məlum olmayan “Mercedes” markalı  avtomobil  Mir Cəlal Paşayev küçəsi ilə üzü  avtovağzal istiqamətində  yüksək sürətlə  hərəkətdə  olarkən  qəfil   idarəetməni itirib. Sürücü  avtomobili  əvvəlcə  qarşısında  hərəkətdə  olan “Daewoo Damas”-a  çırpıb. Hər  iki  avtomobil  yoldakı  arakəsməni   aşaraq yolun  əks  istiqamətinə  düşüb. Qəzaya  səbəb olan  "Mercedes"  daha sonra yol kənarında dayanan  başqa  bir "Mercedes"ə,  o da  eyni markalı başqa 2  "Mercedes"ə çırpılıb.  Zərbə  güclü  olduğundan  "Mitsubishi" yə  dəyən  " Daewoo "un sürücüsü ön şüşədən  çıxaraq  təqribən  10 metr  kənara  düşüb. "Mitsubishi"nin  sürücüsü  isə, ağır vəziyyətdə  ətrafdakıların  köməyi  ilə maşından çıxarılıb. Hər iki yaralı ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına  aparılıb. Qəzanın baş verdiyi əraziyə  Binəqədi  Rayon Polis idarəsinin  əməkdaşları  gəliblər. Qəzanı törədən sürücü  polis  idarəsinə,  yarar ... ardı »

Baxış: 307 | Əlavə etdi: mozalax | Tarix: 07.10.2014 | Şərhlər (0)

Azərbaycanın şimal bölgəsinin bəzi ərazilərində qar yağır. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayonunun Xınalıq kəndində qarın hündürlüyü artıq 10 santimetrdir. Rayonun Qırız kəndində, eləcə də Qusarın Ləzə kəndində qarın hündürlüyü 2 sm-ə çatıb. Hazırda bu ərazilərdə yağıntı davam edir.
Baxış: 363 | Əlavə etdi: mozalax | Tarix: 07.10.2014 | Şərhlər (0)

Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  oktyabr 2014  »
b.eç.açc.ac.şb
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024