Çində küçədə oynayan uşaqlara bıçaqla hücum edilib. Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə Henan əyalətində baş verib. Hücum nəticəsində 4 uşaq boyun nahiyəsindən bıçaq xəsarəti alıb. Həyatı təhlükəsi olmasa da, yaralılardan 2-nin vəziyyəti ağırdır. Azyaşlıları al-qana bulayan şəxsi yoldan keçənlər tutub polisə təhvil veriblər. Faktla bağlı cinayət işi açılıb. Hücum edənin kimliyi və hadisəni törətmə səbəbləri araşdırılır. Qeyd edək ki, bu hadisə Çində ilk deyil. Bir ay əvvəl də psixoloji problemləri olan bir nəfər Quansi-Cuansk rayonunda bıçaqla azyaşlılara hücum etmişdi. Hücum nəticəsində 3 uşaq ölmüşdü. |