Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2014 » oktyabr » 09
Ələt qəsəbəsi Bakıdan ayrılacaq”. BunuLent.az-a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib. O qeyd edib ki, Ələt vaxtı ilə Bakının tabeliyinə verilsə də, indi onun tabeliyində qalmasına ehtiyac yoxdur: “Sumqayıtla Bakının arasındakı məsafə Ələtlə Bakının arasındakı məsafədən 3 dəfə azdır”.    Şöbə müdiri vurğulayıb ki, bununla bağlı məsələyə Milli Məclisin Regional məsələlər komitəsində "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna uyğun olaraq baxılmalıdır.   Komitə rəsmisinin sözlərinə görə, Xırdalan şəhərinin də Bakının tabeliyinə verilməsinə ehtiyac yoxdur: “Əksinə, mərkəzdənqaçma prinsipi güclənməlidir. Ələt qəsəbəsinin inzibati cəhətdən Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində qalmasına ehtiyac görmürəm. Ələtdə Beynəlxalq Dəniz Ticarət Limanının salınması, logistik mərkəzin formalaşması istər-istəməz onun ayrıca şəhər kimi idarə olunmasını zərurətə çevirəcək”.   DŞAK-nin şöbə müdiri vurğulayıb ki, yaxın zamanlarda Bakının Baş Planı təsdiq ediləcək.    Qeyd edək kİ, Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunub. Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun inzibati ərazi vahidliyinə daxil olub və 1956-cı ildən Qaradağ rayonunun tərkibindədir. Hazırda Ələt qəsəbəsinin inzibati ərazi vahidliyinə Şıxlar, Kötəl, Baş-Ələt, Ələt-Körpü və Pirsaat 2 yaşayış məntəqələri daxildir.
Baxış: 370 | Əlavə etdi: mozalax | Tarix: 09.10.2014 | Şərhlər (0)

Akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitabının birinci hissəsi çap olunub. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, bu əsər görkəmli dövlət xadimi və sərkərdə, Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlətin - Səfəvilər dövlətinin banisi Şah İsmayıl Səfəvinin (1487-1524) hərbi-siyasi, ideoloji və diplomatik irsinə milli tarix elmimizdə ən bitkin və sistemli baxışın məhsuludur.   Kitabın “Müəllifdən” bölməsində deyildiyi kimi, bu gün müstəqillik yolu ilə uğurla irəliləyən Azərbaycanın obyektiv tarixinin bərpa edilməsi, habelə xalqımızın görkəmli şəxsiyyətlərinə yenidən qiymət verilməsi məsələsi tarix elmimizin qarşısında duran ən mühüm vəzifələrdən biridir.   Akademik Ramiz Mehdiyev kitabda yazır: “Azərbaycan bəşəriyyətin siyasi tarixinə, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş görkəmli şəxsiyyətləri ilə haqlı olaraq fəxr edə bilər. Tarixin ən mürəkkəb və ümidsiz dövrlərində də bu xalqın arasından öz iradi keyfiyyətləri və istedadları sayəsində, bəzən həyatları bahasına, amansız təhdid və təhlükələrə məhəl qoymadan tarixin gedişini öz xalqının xeyrinə dəyişmiş böyük siyasi xadimlər, cəsur qəhrəmanlar, görkəmli alim və mütəfəkkirlər çıxıb”. Akademikin fikrincə, sözsüz ki, Şah İsmayıl Səfəvi Azərbaycan tarixinin məhz bu cür parlaq, əlinə qılınc götürərək doğma xalqının taleyini dəyişmiş, onu pərakəndəlikdən, öz dövrünün ən böyük imperiyalarından birinin titul milləti səviyyəsinə çatdırmış simalardan biridir. ... ardı »
Baxış: 290 | Əlavə etdi: mozalax | Tarix: 09.10.2014 | Şərhlər (1)

“Xahiş edirəm, ehtiyatlı olun”. Mağaranın girişində bələdçisi deyir bunları. Daha sonra da ilk tapşırıqlarını verir...Beləcə aşağı enirik...   Prometey mağarasındayıq. Gürcüstanın İmereti bölgəsində yerləşir bu mağara. 1984-cü ildə aşkar olunsa da, turistlərin ixtiyarına 2012-ci ildə verilib. Qısa zamanda isə mağaraya gələn yollar, infrastruktur, turistlərin daşınmasına xidmət edən nəqliyyat vasitələri təşkil olunub. Gürcülər iddia edirlər ki, Prometey məhz bu mağaranın yaxınlığındakı dağlarda zəncirlənib. ...Mağaraya daxil olmaq üçün 150 pillə aşağı enməli olursan. Temperatur fərqini də elə aşağı enən kimi hiss edirsən. Bələdçimiz Georgi mağara haqqında ilk məlumatları çatdırır.   “Prometey mağarası 1984-cü ildə buraya gələn elmi ekspedisiyanın iştirakçıları tərəfindən aşkarlanıb. Mağaranın ümumi uzunluğu 1600 metrdir. Mağarada müşahidə olunan temperatur göstəricisi bütün il boyu demək olar ki, dəyişmir və sabit qalır, təxminən 14-15 dərəcə isti”.    Georgi danışır, biz mağaranın möhtəşəm görüntülərini seyr edirik. Mağaranın xüsusi lazer effektləri ilə işıqlandırılması isə onun möhtəşəmliyini birə min artırır. 6 zaldan ibarət mağarada diqqəti çəkən digər bir məqam buradakı havanın təmizliyidi. Georgi deyir ki,  2-ci və 3-cü zaldakı hava şəraiti astma xəstəliyindən əziyyət çəkən insanlara müsbət təsir edir. 4-cü zal digərlərindən çox hündürdə yerləşir və bura qalxıb bütün mağaranın panoramını seyr etmək mümkündür.   6-cı zaldan sonra mağaranın iki istiqamətdə çıxışı ... ardı »
Baxış: 360 | Əlavə etdi: mozalax | Tarix: 09.10.2014 | Şərhlər (0)

“Ermənistan Hava Yolları” (“Armavia”) şirkəti fəaliyyətini dayandırıb.   APA-nın “vestnik kavkaza” saytına istinadən xəbərinə görə, şirkətin əmlakı satılaraq beynəlxalq borclarının və işçilərin əmək haqlarının ödənilməsinə sərf olunacaq.
Baxış: 459 | Əlavə etdi: mozalax | Tarix: 09.10.2014 | Şərhlər (0)

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda mağazada baş vermiş partlayışla bağlı məlumat yayıb.   APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində hündür mərtəbəli yaşayış binasının birinci mərtəbəsində partlayış hadisəsi baş verib.   Dərhal FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. İlkin məlumata əsasən, dağıntılar altından bir nəfər kişi cəsədi aşkar edilərək çıxarılıb, dörd nəfər xəsarət alan şəxs isə Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Hazırda hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.     ***     19:52       Bakıda marketdə baş verən partlayış nəticəsində xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib.         Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.       Məlumata görə, hazırda xilasedicilər dağıntılar altında qalan bir nəfərin xilas edilməsi istiqamətində tədbirləri davam etdirir.           ***     18:12       Bakıda mağazada partlayış olub. APA-nın məlumatına görə, hadisə saat 17.30 radələrində Biləcəri qəsəbəsində, Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında yerləşən “Army” marketdə qeydə alınıb.   Partlayış nəticəsində marketdə yanğın meydana gəlib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Xilasedicilər uçqun altında qalan bir nəfəri xilas edib.   Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya bildirilib ki, hazırda yanğınsöndürənlər yanğ ... ardı »
Baxış: 379 | Əlavə etdi: mozalax | Tarix: 09.10.2014 | Şərhlər (0)

APA-nın xəbərinə görə,  bunu bu gün Nazirlər Kabinetinin iclasındakı çıxışı zamanı Azərbaycan prezidenti  İlham Əliyev deyib.   Prezident xatırladıb ki, Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları da dəfələrlə status-kvonun qəbuledilməzliyini, dəyişdirilməli olduğunu bəyan ediblər: “Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqların azad edilməsi deməkdir. Ancaq əfsuslar olsun ki, bu bəyanatlar havada qalır, Ermənistan buna məhəl qoymur. Bu bəyanatları səsləndirən tərəflər isə ciddi ölçü götürmürlər və belə olan halda məsələ öz həllini tapmır. Biz çalışırıq və çalışacağıq ki, bu məsələ tezliklə öz həllini tapsın. Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe beynəlxalq birlik tərəfindən tanınır”. Prezident vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır: “Bunun başqa yolu yoxdur. Bu münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Bunlar məsələnin həlli üçün əsas sənədlərdir. Digər beynəlxalq təşkilatlar da müvafiq qərar və qətnamələr qəbul ediblər. Yəni hüquqi cəhətdən bizim mövqeyimiz kifayət qədər möhkəmdir”.   Azərbaycanın dövlət başçısı iqtisadi cəhətdən Ermənistanın Azərbaycanla müqayisə edilməsinin mümkün olmadığını vurğulayıb: “Azərbaycan zənginləşən, güclənən müstəqil dövlətdir. Əlbəttə ki, güclər nisbəti bizim xeyrimizə dəyişir, dəyişəcək. Bizim aramızdakı uçurum dah ... ardı »
Baxış: 291 | Əlavə etdi: mozalax | Tarix: 09.10.2014 | Şərhlər (0)

Daxili İşlər Nazirliyi Ağcabədidə 16 yaşlı qızın qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, oktyabrın 9-da Ağcabədi rayonunun Hacıbədəlli kəndində Gəncə şəhər sakini Səltənət Əliyevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. İlkin araşdırmalar zamanı S. Əliyevanın oktyabrın 8-də Gəncə şəhərindən həmyerlisi Aydın Qasımov tərəfindən evlənmək məqsədi ilə qaçırıldığı məlum olub. Bundan sonra, A. Qasımov qızı Hacıbədəlli kəndinə aparıb və aralarında baş vermiş münaqişə zəminində o, S. Əliyevanı boğub. Ağcabədi rayon polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Qasımov tutulub. Faktla bağlı araşdırma aparılır.     *****   11:35   Ağcabədi rayonunda dəhşətli qətl hadisəsi törədilib. Lent.az-ın məlumatına görə, oktyabrın 9-na keçən gecə Cəfərbəyli kəndi ərazisində 1993-cü il təvəllüdlü Qasımov Aydın Əbülfəz oğlu Gəncədən qaçırdığı 1998-ci il təvəllüdlü Əliyeva Səltənət Mədət qızını qətlə yetirib. 21 yaşlı oğlan 16 yaşı hələ tamam olmayan qızı boğaraq öldürüb və daha sonra qızın anasına zəng edərək "Gəl qızının meyitini apar" deyib.   Bildirilir ki, Ağcabədi sakini olan gənc oğlan qızın özünün razılığı ilə onu qaçırıb və onu Ağcabədi rayonunun Cəfərbəyli kəndindəki dayısı evinə gətirib. Bundan sonra qızın yaxınları oğlana zəng edərək ona narazılığını bildiriblər. S.Əliyevanın anası isə oğlana zəng edərək onu təhqir edib. Bundan sonra 21 yaşlı oğlan qaçırdığı qızı öld ... ardı »
Baxış: 415 | Əlavə etdi: mozalax | Tarix: 09.10.2014 | Şərhlər (0)

Göygöldə baş verən yol qəzasında ölən və xəsarət alan şəxslərin adları məlum olub. Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, qəza zamanı Qazax rayon sakini, 1983-cü il təvəllüdlü Elvin İlham oğlu Kərimov və 2004-cü il təvəllüdlü Gürcüstan vətəndaşı İsgəndərov Fuad Famil oğlu ölüb, 1968-ci il təvəllüdlü Şəmsiyeva Dilavər Məhəmməd qızı, 1985-ci il təvəllüdlü Osmanov Vasif Əli oğlu, 1963-cü il təvəllüdlü Alıyeva Gülşən Dursun qızı, 1968-ci il təvəllüdlü Süleymanova Həmayıl Cahangir qızı, 1955-ci il təvəllüdlü Hacıyeva Nabat Qurban qızı, 1953-cü il təvəllüdlü Ayvazova Hürü Mustafa qızı və 1993-cü il təvəllüdlü Mamedov Bəhruz İlham oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.     10:10     Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə gecə saat 03:00 radələrində magistral yolun 364-cü kilometrliyində, Göygöl rayonu ərazisində baş verib.   Bakı-Gürcüstan marşrutu üzrə işləyən sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan “KamAZ”a çırpılıb. Hadisə zamanı 2 nəfər ölüb, 20 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlardan 7 nəfərin vəziyyəti ağırdır.   Qəza nəticəsində avtobus alışıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilas etmə dəstəsi cəlb edilib. FHN-in hadisə ilə bağlı yaydığı məlumata görə, yanğın nəticəsində sərnişin avtobusunun yanar hissələri yanıb. Yük avtomobil ... ardı »
Baxış: 392 | Əlavə etdi: mozalax | Tarix: 09.10.2014 | Şərhlər (0)

Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 17 nəfər şəxs tutularaq Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsinə təhvil verilib. Bu barədəLent.az-a Analitik-informasiya şöbəsindən məlumat verilib. İstintaqdan yayınan 297 şəxsin məcburi qaydada gətirilməsi, 126 şəxsin tapılaraq istintaqa gəlmələri, 148 şəxsin isə yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib. Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 315 nəfər vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim edilib.
Baxış: 458 | Əlavə etdi: mozalax | Tarix: 09.10.2014 | Şərhlər (1)

Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 17 nəfər şəxs tutularaq Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsinə təhvil verilib. Bu barədəLent.az-a Analitik-informasiya şöbəsindən məlumat verilib. İstintaqdan yayınan 297 şəxsin məcburi qaydada gətirilməsi, 126 şəxsin tapılaraq istintaqa gəlmələri, 148 şəxsin isə yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib. Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 315 nəfər vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim edilib.
Baxış: 426 | Əlavə etdi: mozalax | Tarix: 09.10.2014 | Şərhlər (0)

Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 17 nəfər şəxs tutularaq Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsinə təhvil verilib. Bu barədəLent.az-a Analitik-informasiya şöbəsindən məlumat verilib. İstintaqdan yayınan 297 şəxsin məcburi qaydada gətirilməsi, 126 şəxsin tapılaraq istintaqa gəlmələri, 148 şəxsin isə yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib. Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 315 nəfər vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim edilib.
Baxış: 447 | Əlavə etdi: mozalax | Tarix: 09.10.2014 | Şərhlər (0)

Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  oktyabr 2014  »
b.eç.açc.ac.şb
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024