Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2014 » oktyabr » 9 » Prometeyin zəncirləndiyi mağaradan REPORTAJ
16:05
Prometeyin zəncirləndiyi mağaradan REPORTAJ
“Xahiş edirəm, ehtiyatlı olun”. Mağaranın girişində bələdçisi deyir bunları. Daha sonra da ilk tapşırıqlarını verir...Beləcə aşağı enirik...   Prometey mağarasındayıq. Gürcüstanın İmereti bölgəsində yerləşir bu mağara. 1984-cü ildə aşkar olunsa da, turistlərin ixtiyarına 2012-ci ildə verilib. Qısa zamanda isə mağaraya gələn yollar, infrastruktur, turistlərin daşınmasına xidmət edən nəqliyyat vasitələri təşkil olunub. Gürcülər iddia edirlər ki, Prometey məhz bu mağaranın yaxınlığındakı dağlarda zəncirlənib. ...Mağaraya daxil olmaq üçün 150 pillə aşağı enməli olursan. Temperatur fərqini də elə aşağı enən kimi hiss edirsən. Bələdçimiz Georgi mağara haqqında ilk məlumatları çatdırır.   “Prometey mağarası 1984-cü ildə buraya gələn elmi ekspedisiyanın iştirakçıları tərəfindən aşkarlanıb. Mağaranın ümumi uzunluğu 1600 metrdir. Mağarada müşahidə olunan temperatur göstəricisi bütün il boyu demək olar ki, dəyişmir və sabit qalır, təxminən 14-15 dərəcə isti”.    Georgi danışır, biz mağaranın möhtəşəm görüntülərini seyr edirik. Mağaranın xüsusi lazer effektləri ilə işıqlandırılması isə onun möhtəşəmliyini birə min artırır. 6 zaldan ibarət mağarada diqqəti çəkən digər bir məqam buradakı havanın təmizliyidi. Georgi deyir ki,  2-ci və 3-cü zaldakı hava şəraiti astma xəstəliyindən əziyyət çəkən insanlara müsbət təsir edir. 4-cü zal digərlərindən çox hündürdə yerləşir və bura qalxıb bütün mağaranın panoramını seyr etmək mümkündür.   6-cı zaldan sonra mağaranın iki istiqamətdə çıxışı var. Bunlardan biri piyada çıxışıdır. Digəri isə balaca qayıqlarla mağaranın kənarında yerləşən kiçik gölün sahilinədir. Qayıqlarla gölə çıxmaq üçün də öncədən ayrıca bilet alınmalıdır. Mağaradan çıxmamış bələdçi onu da deyir ki, buradan uzunluğu 25 km olan daha bir yol ayrılır və bu, o deməkdir ki, mağaranın böyük bir hissəsi hələ kəşf edilməyib... Görəsən həmin hissədə hansı möcüzlər var? Günel Bədəlova
Просмотров: 361 | Добавил: mozalax | Рейтинг: 0.0/0
Всего комментариев: 0
omForm">
avatar
Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  oktyabr 2014  »
b.eç.açc.ac.şb
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024