Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2014 » oktyabr » 27
Bayram Kürdəxanlının işi məhkəməyə göndərildi  Tanınmış meyxanaçı Bayram Kürdəxanlının cinayət işi məhkəməyə göndərilib. Bu barədə Lent.az-a Sabunçu rayon Məhkəməsindən məlumat verilib. Məhkəmədən bildirib ki, oktyabrın 30-da Bayram Kürdəxanlının cinayət işi bağlı məhkəmə hazırlıq iclası keçirəcək.   Qeyd edək ki, Bayram Kürdəxanlı iyulun 12-də Sabunçu rayonu ərazisində saxlanılıb. Bakıxanov qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılan Bayram Kürdəxanlının üzərindən narkotik maddə aşkarlanıb. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə iş başlanılıb.
Baxış: 349 | Əlavə etdi: mozalax | Tarix: 27.10.2014 | Şərhlər (0)

İlham Əliyev və Serj Sarkisyan təkbətək görüşdü   Parisdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın təkbətək görüşü olub.   APA-nın məlumatına görə, bu barədə Ermənistan prezidentinin  mətbuat katibi Arman Saqatelyan öz “Twitter” səhifəsində yazıb.   Qeyd edək ki, bundan əvvəl prezidentlərin Minsk Qrupunun həmsədrləri İqor Popov, Pyer Andriye və Ceyms Uorlikin iştirakı ilə birgə görüşü baş tutub. Bu görüşdən əvvəl Fransa prezidenti Fransua Ollandın Yelisey sarayında Azərbaycan və Ermənistan prezidentləri ilə ayrı-ayrılıqda görüşləri olub.   Bu gün Bakı vaxtı ilə saat 22:00-da isə üç ölkənin prezidentlərinin birgə görüşü baş tutacaq.   İki saat davam edəcəyi planlaşdırılan görüşdən sonra rəsmi şam yeməyi olacaq.
Baxış: 401 | Əlavə etdi: mozalax | Tarix: 27.10.2014 | Şərhlər (0)

Faşist diktatoru Benito Mussolininin bunkeri turistlər üçün açıq elan edilib. Bunker faşist diktatorunun Torloniyadakı villasında yerləşir.   Qeyd edək ki, 1940-cı ildə italyan diktatorun şərabın saxlanması üçün nəzərdə tutulmuş yeraltı sığınacaq bombadan qorunmaq üçün bunkerə çevrilib. 60 metrlik tunel ventilyasiya sistemi və telefon qovşağı ilə təchiz olunub. Lakin Mussolini tərəfindən bunkerin inşası tam başa çatmadı. Belə ki, o, 1943-cü ildə hakimiyyətdən uzaqlaşdırlaraq həbs edildi.   Diktator Torloniya villasında 1925-1943-cü ilədək yaşayıb. (publika.az)
Baxış: 359 | Əlavə etdi: mozalax | Tarix: 27.10.2014 | Şərhlər (0)

"Barselona"nın futbolçusu Andres İnyesta zədələnib. Bizimyol.info qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Təcrübəli yarımmüdafiəçinin İspaniya La Liqasında "Real"la görüşdə sağ baldırından zədə aldığı açıqlanıb. Onun nə zaman yaşıl meydanlara qayıdacağı hələlik müəyyənləşməyib.
Baxış: 426 | Əlavə etdi: mozalax | Tarix: 27.10.2014 | Şərhlər (0)

Bu prosesin səbəbini bilmək yəqinki çoxlarına maraqlıdır. Asqırma burunun selikli qişasının qıcıqlanması nəticəsində baş verir. Qıcıqlanmaya isə bir çox amillər səbəb ola bilər. Əsasən insan soyuqlayanda selikli qişanin şişməsi, buruna hər hansı bir yad cismin düşməsi, günəş şüasının gözümüzə düşərək sinirləri qıcıqlandırmasıyla və allergiya zamanı asqırma halları daha tez-tez baş verir. Asqırdığınız zaman mütləq ağzınızı yaylığınızla və ya əlinizlə tutun. Çünki saniyənin onda birini təşkil edən bir vaxtda, gözləriniz və nəfəs yollarınız bağlanaraq saatda 300 –350 kmsürətlə 85 milyon bakteriyanı mərmi kimi havaya atırsınız. Tədqiqatçılar, asqırmanın necə əmələ gəldiyini öyrənmək üçün sürətli şəkil çəkən aparatlardan istifadə etmiş və yalnız saniyənin 1/100.000 – də sahəni əhatə edərək şəkilləri əldə etmişlər. Şəkildə görünən zərrəciklərin ətrafında olan maneə təbəqəsi buxarlanıb uçur və zərrələr havaya qalxır. Tədqiqatların aydınlaşdırdığına görə, bir insan asqırdığdan yarım saat sonra, havada hələdə 4000 zərrəcik uçuşur. Həmin zərrəciklər yalnız su damcıları və cansız maddələr deyil. Asqıran bir insanın qarşısına bakteriyaların çoxalmasına kömək edən, içində qida olan boşqab yerləşdirərək həmin boşqabın üzərindəki bakteriyalar sayıldığı zaman, yalnız bir damcının 19000 bakteriya yığını əmələ gətirdiyi məlum olmuşdur. Yalnız bir asqırıq 85 milyon bakteriyanı ətrafa yayır. Həmin mikrobları ətrafa yaymamaq və qrip kimi xəstəliklərin əmələ gəlməsinə imkan verməmək üç ... ardı »
Baxış: 447 | Əlavə etdi: mozalax | Tarix: 27.10.2014 | Şərhlər (0)

İranda edam cəzasına məhkum edilən 26 yaşlı Reyhan Cabbarinin son istəyi açıqlanıb.Bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, Cabbari anasına göndərdiyi mesajında son istəyini dilə gətirib. Gənc qadın, "Torpağın altında çürümək istəmirəm" ifadəsini işlədib. O, anasından səlahiyyətli şəxslərlə görüşərək orqanlarının ehtiyacı olan insanlara verilməsini istəyib. Cabbari, göndərdiyi məktubda bunları yazır: "Xahiş edirəm, məhkəməyə müraciət edərək səlahiyyətli şəxslərə son arzumu çatdırın, sonra ürəyimi, böyrəklərimi, gözlərimi və  sağlam olan bütün orqanlarımı ehtiyacı olanlara bağışlayın. Orqanlarımın verildiyi insanlardan nə bir buket gül, nə də dua gözləyirəm”.  Qeyd edək ki, Reyhan Cabbari, 2007-ci ildə ona təcavüz etməyə cəhd göstərən keçmiş kəşfiyyatçını öldürmüşdü. Öldürülən şəxsin ETTELAAT-ın keçmiş əməkdaşı olduğu üzə çıxandan sonra Reyhanəyə siyasi motivlərlə qətl törətmək ittihamı irəli sürülüb. Məhkəmə ona ölüm hökmü çıxarıb. İran Məhkəmə Sisteminin rəisi Sadıq Laricani hökmü təsdiqləyərək icra şöbəsinə göndərib.  Musa Səmədov Qutu.moy.su
Baxış: 425 | Əlavə etdi: mozalax | Tarix: 27.10.2014 | Şərhlər (0)

Dominikan Respublikasının gömrük orqanından verilən məlumata görə, onlar mədəsində 70 min dollar gizlədən 40 yaşlı turist qadını yaxalayıblar. Pullar nağd şəkildə kapsulanın içərisində olub.   Adı açıqlanmayan 40 yaşlı turist qadın pul qaçaqmalçılığı  ilə Dominikan Respublikasının gömrük orqan işçilərini təəccübləndirib: o, mədəsini seyf kimi istifadə edərək 70 min dolları nağd şəkildə gizlədə bilib. Pul qaçaqmalçılığına görə bir sıra yola əl atıldığını görən gömrük işçiləri bu dəfə gördüklərindən heyrətə gəlib.   Narkotiklərlə mübarizə üzrə milli agentliyin verdiyi məlumata görə,  Belçikadan gələn turist qadın gömrük işçiləri tərəfindən yaxalanarkən hava limanı ərazisini tərk etməyə çalışıb.   Onun şəxsi əşyalarına baxarkən gömrük işçiləri qadının çamadanından  69 min dollar aşkar ediblər. Lakin saxlanılan şəxs gömrük işçilərini daha çox mədəsində gizlətdiyi 70 min dollarla təəccübləndirib.   Gömrük xidməti işçilərinin sözlərinə görə, pullar kapsulaya yerləşdirilib. Mədədən tapılmış 16 kapsulanın hərəsində  4,375 dollar olub.   Maraqlıdır ki, turist mədəsində yad cismin olmasına baxmayaraq, ürəkbulanmadan əziyyət çəkməyib və özünü tamamilə normal aparıb.   Qadının mədəsində pulların necə aşkar olunması haqda məlumat verilmir.   Bircə o məlumdur ki, turist narkotiklərin qanunsuz dövriyyəsindən əldə edilən pulları daşıyırmış.(publika.az)
Baxış: 304 | Əlavə etdi: mozalax | Tarix: 27.10.2014 | Şərhlər (0)

Bakının Nərimanov rayonunda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də Asəf Şirinovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən “Daewoo” markalı 82 saylı xətt avtobusunun sürücüsü, Qax rayon sakini Sərxan Eyvazlı olması müəyyən edilib. Sərxan Eyvazlı tutularaq məsuliyyətə cəlb edilib. (teleqraf.com)
Baxış: 416 | Əlavə etdi: mozalax | Tarix: 27.10.2014 | Şərhlər (0)

Bu gün səhər saatlarında Sərhəd Qoşunlarının naryadı tərəfindən Astara rayonunun Kələdəhnə kəndi ərazisində, Xəzər dənizinin sahilində sovet dövründən qalma 1 ədəd “Faqot” tipli tank əleyhinə raket kompleksi tapılıb. Bizimyol.info APA-ya istinadən xəbər verir ki, hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin, Sərhəd və Daxili Qoşunların əməkdaşları cəlb olunublar.   Əraziyə baxış keçirilərkən məlum olub ki, kompleksin içərisində bir ədəd mərmi də olub. Əməliyyat tədbirləri qiymətləndirilməklə lazımi təhlükəsizlik tədbirləri görülüb.   Daha sonra müvafiq qurumların mütəxəssislərinin iştirakı ilə xüsusi qaydalara riayət edilməklə raket kompleksi zərərsizləşdirilib.
Baxış: 433 | Əlavə etdi: mozalax | Tarix: 27.10.2014 | Şərhlər (0)

Oktyabrın 25-də Rusiya DİN-nin Baş cinayət axtarış idarəsinin əməkdaşları “qanuni oğru” Pavel Alekseyeviçi saxlayıb. 32 yaşlı “qanuni oğru” kriminal aləmdə “Paştet” ləqəbi ilə məşhurdur.Bizimyol.info AzNews.az-a istinadən xəbər verir ki, onun Rusiyaya gəlişi yerli kriminal avtoritet Lexa Pskovskinin ad günü ilə bağlı olub. Paştet və Lexo ilə birlikdə təxminən 20 nəfər də saxlanılıb.  Qeyd edək ki, Pavel Alekseyeviç Kostılya yaxın “qanuni oğrular”ın dəstəyindən istifadə edir. O, Rusiyada Pskovski vilayətinə nəzarət etmək perspektivi ilə nəzərdən keçirilir.  Rusiya ərazisinə qeyri-leqal daxil olduğuna görə Paştet öz ölkəsinə deportasiya olunacaq. Qeyd edək ki, altı nəfər belarus “qanuni oğru”dan Paştet də daxil olmaqla yalnız ikisi azadlıqdadır.
Baxış: 326 | Əlavə etdi: mozalax | Tarix: 27.10.2014 | Şərhlər (0)

Bizimyol.info goal.az-a istinadən xəbər verir ki, Kriştianu Ronaldo noyabrın 6-da növbəti "Qızıl buts" mükafatını alacaq. Belə ki, Ronaldu ötən mövsüm Luis Suarezlə birlikdə Avropada ən sərrast oyunçu olmuşdu. Hər iki futbolçunun aktivində 31 qol var. Suarez "Liverpul"da, Ronaldu isə "Real Madrid"də bu nəticəni göstərə bilmişdi. Suarez oktyabrın 15-də mükafatı artıq alıb. İndi isə portuqaliyalı ulduz öz növbəsini gözləyir. Kriştianu karyerasının 4-cü analoji mükafatını hədəfləyir. Bu mövsüm o, Avropanın ən məhsuldar futbolçuları arasında 2-ci pillədədir. O, Estoniyanın "Sillamae" klubunda çıxış edən Kabayevdən 1 qol geri qalır.
Baxış: 339 | Əlavə etdi: mozalax | Tarix: 27.10.2014 | Şərhlər (0)

Dünən Rusiyanın Nijnevartovski vilayətində qeyri-adi hadisə baş verib. Orta yaşlı bir qadın çılpaq vəziyyətdə yeni doğulmuş uşağı ilə kilsəyə gəlib. Dərhal polisə xəbər verilib. 12 dərəcə şaxtada kilsəyə qədər yolu çılpaq gələn qadın psixoloji klinikaya, körpə isə xəstəxanaya göndərilib. Məlum olub ki, qadın əsəb xəstəliyindən əziyyət çəkirmiş. Qadın öz hərəkətini pis ruhların onu izləməsi ilə izah edib. Buna görə də o körpəsini  kilsəyə xaç suyuna salmaq üçün gətirib. (lent.az)
Baxış: 358 | Əlavə etdi: mozalax | Tarix: 27.10.2014 | Şərhlər (0)

İngiltərədə bir ana həyatının ən çətin qərarını verib.  Şarlotta Fitzmaurisin qızı 12 il öncə dünyaya gəlib. Lakin Nensi adlı körpədə problemlər olub. Belə ki, o doğulan kimi meningit xəstəliyinə yoluxub.  Xəstəlikdən sonra uşaq görmə qabiliyyətini itirib. O, nə gəzə, nə danışa, nə də yemək yeyə bilməyib. Uşaq günün böyük hissəsini ağrılardan qıvrılaraq keçirib.  Ana qızının bu ağrı acısına çox dözə bilməyib. O, məhkəməyə müraciət edərək Nensinin eftanaziya olunmasını xahiş edib.  Onun sözlərinə görə, həkimlər uşağın 4 il yaşaya biləcəyini deyiblər. lakin bütün günü xəstəxanalarda qalmaqla onlar körpəni 12 il yaşamasına kömək edə biliblər. "Morfi və başqa ağrıkəsicilərə qarşı immuniteti yaranmışdı. Artıq onlar təsir etmirdi. Beyninə daima su yığılırdı. Məhkəmənin eftanaziya qərarından 14 gün sonra bu hökm icra edildi. Artıq o rahatdır. Amma mən heç vaxt özümü bağışlamayacam".(anspress.com)
Baxış: 388 | Əlavə etdi: mozalax | Tarix: 27.10.2014 | Şərhlər (0)

“Borussiya” - “Hanover” görüşündə komandaların türk və erməni oyunçuları arasında insident yaşanıb. Oyun epizodu zamanı erməni Henrik Miktariyan və türk Ceyhun Gülsalam arasında gərgin anlar yaşanıb.  Oyunçular və hakimin onlara müdaxiləsindən sonra tərəflər arasında mübahisə səngiyib. Matçın hakimi Miktariyan və Gülsalamı sarı vərəqə ilə cəzalandırıb. Oyunun sonunda isə türk futbolçuya qırmızı vərəqə göstərilib.(xezerxeber.com)
Baxış: 393 | Əlavə etdi: mozalax | Tarix: 27.10.2014 | Şərhlər (0)

“Standart Kapital” Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Baş Prokurorluğun mətbuat xidmətindən Bizimyol.info-ya verilən məlumata görə, araşdırmalar zamanı cəmiyyətin qiymətli kağızlar üzrə baş mütəxəssisi Məzahim Məmmədovun qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək  özünü xarici ölkələrdə geniş fəaliyyət göstərən “Minvest” şirkətinin sahibi, Avropa və Amerikada qiymətli kağız birjaları ilə yaxın əlaqəsi olan mütəxəssis kimi təqdim edərək Bakı şəhər sakininə yüksək faizlə gəlir əldə etməyi vəd verməklə 2013-cü ildə aldadıb 60 min manat məbləğində pulunu ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.   Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Baxış: 445 | Əlavə etdi: mozalax | Tarix: 27.10.2014 | Şərhlər (0)

“İŞİD” terror təşkilatının hücumlarına görə, Suriyanın Kobani rayonundan qaçıb Türkiyədə-Şanli Urfada məskinlaşan bir ailə yeni doğulan uşağına Obama adı qoyub.   35 yaşındakı Sultan Müslim yeni doğulan oğlunu “Məhəmməd Obama Muslim” adlandırıb.   O, uşağına belə ad qoymasını Barak Obamanın Kobaniyə olan diqqəti il əlaqələndirib: “Obamadan bizim geri dönməyimizə yardım etməsini istəyirik”. (ailem.az)
Baxış: 407 | Əlavə etdi: mozalax | Tarix: 27.10.2014 | Şərhlər (0)

Bu gün Azərbaycanın bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Bizimyol.info “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, qaz nəqli sistemində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 14:00-dək Xətai, saat 13:00-dan 15:00-dək Xızı, saat 16:00-dan 18:00-dək Bərdə rayonlarının bir hissəsinə, həmçinin bu gündən başlayaraq 28 oktyabr 2014-cü il tarixədək Zaqatala və Balakən rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.
Baxış: 378 | Əlavə etdi: mozalax | Tarix: 27.10.2014 | Şərhlər (0)

Dünyanın ən sürətli maşınlarını təqdim edirik.    Bristol Fighter T – maksimum sürət 340 km   Porşe 918 Spayder –345 km   McLaren p1 – 349 km   Ferrari LaFerrari – 250 km   Spania GTA Spano – 350 km   Gumpert Apollo S – 360 km   Zenvo ST1-375 km   TVR Cerbera Speed 12 – 390 km   HTT Plethore LC -750 – 397 km   9ff GT9 – R – 414 km   Koenigsegg Agera R – 420 km   Lotec Sirius – 424 km   Buqatti Veyron 16.4 Grand Sport Vitesse – 431 km   Hennessey Venom GT – 435 km   SSC Ultimate Aero – 443 km (avtosfer.az)
Baxış: 367 | Əlavə etdi: mozalax | Tarix: 27.10.2014 | Şərhlər (0)

Ölkədə özəl və bələdiyyə qəbirstanlıqlarının yaradılması ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müvafiq sənəd hazırlanır.   Bunu lent.az-a açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirib.   Millət vəkili bildirib ki, bununla bağlı ya qanun qəbul olunacaq, ya da Nazirlər Kabineti qərar verəcək.   “Həmin sənədlə qəbirstanlıqların formaları, dəfn qaydaları və s. məsələlər müəyyənləşdiriləcək. Ola bilsin ki, ilin sonuna qədər bununla bağlı Nazirlər Kabineti qərar versin”.   M.Quliyevin sözlərinə, qəbirstanlıqlarla bağlı hazırlanan sənəddə imkansız ailələrin dəfnin həyata keçirilməsi ilə bağlı məsələlər də öz əksini tapacaq.   “Ola bilsin ki, özəl qəbirstanlıqlar özləri dəfn xidmətlərini təklif etsin”.
Baxış: 423 | Əlavə etdi: mozalax | Tarix: 27.10.2014 | Şərhlər (0)

Elvin Mehdiyev adlı oxucumuz 20 oktyabr 2014-cü il tarixində mediada yayımlanan "Azərbaycanda ev qiymətinə telefon nömrələri satılır" xəbərindən sonra redaksiyamıza məktub ünvanlayaraq müraciətinin mediada yayımlanmasını xahiş edib.  "Salam. Son günlərdə bəzi xəbər saytları və telekanallarda "Azərbaycanda ev qiyməti tutulmuş. telefon nömrələri satılır" adlı xəbər yayımlanıb. Sizin nəzərinizə çatdırıram ki, məlumatlarda satışa qoyulan 055 700 00 00 nömrəsi mənə məxsusdur və mən nömrəni satmıram. Mətbuatda yazılan kimi nömrəni 40.000 manata almamışam. Mən Qutu.moy.sunun daim oxucusu olduğum və sizin qərəzsiz olduğunuzu bilib məktubu sizə göndərməyi məntiqə uyğun saydım. Bir daha qeyd edirəm ki, nömrə mənə məxsusdur və nömrəni satmıram."
Baxış: 350 | Əlavə etdi: mozalax | Tarix: 27.10.2014 | Şərhlər (0)

Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  oktyabr 2014  »
b.eç.açc.ac.şb
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024