Faşist diktatoru Benito Mussolininin bunkeri turistlər üçün açıq elan edilib. Bunker faşist diktatorunun Torloniyadakı villasında yerləşir.
Qeyd edək ki, 1940-cı ildə italyan diktatorun şərabın saxlanması üçün nəzərdə tutulmuş yeraltı sığınacaq bombadan qorunmaq üçün bunkerə çevrilib. 60 metrlik tunel ventilyasiya sistemi və telefon qovşağı ilə təchiz olunub. Lakin Mussolini tərəfindən bunkerin inşası tam başa çatmadı. Belə ki, o, 1943-cü ildə hakimiyyətdən uzaqlaşdırlaraq həbs edildi.
Diktator Torloniya villasında 1925-1943-cü ilədək yaşayıb. (publika.az)