Bakıda məhkum xəstəlikdən ölüb. APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində qeydə alınıb. Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirləndirilərək 3 il müddətinə azadlıqdan məhrum edilən, 1980-cı il təvəllüdlü Sabir Quliyev müalicə aldığı müəssisədə dünyasını dəyişib.Nizami Rayon Prokurorluğundan APA-ya məhkumun ölüm faktını təsdiqləyiblər.Faktla bağlı araşdırma aparılır.