Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2014 » oktyabr » 31 » Beş ay İsveç düşərgəsində:  – 18-ci YAZI
14:32
Beş ay İsveç düşərgəsində:  – 18-ci YAZI
Hə, dostlar, keçən dəfəki yazıda söz açdığım belorus gənclər gəldikdən sonra düşərgə həyatına xeyli rəng qatmışdılar. Onlar get-gedə mənimlə daha çox isinişir, yanımda hər sirlərini danışırdılar. Gənclər milliyyətcə belorus olsalar da, sonralar bildim ki, öz dillərini bilmir, rus dilini doğma dil kimi kullanırlar. Zalım uşağı, sanki sığınacaq almağa yox, mağazalardan, ayrı-ayrı müəssisələrdən oğurluq eləmək məqsədi ilə gəlmişdilər.   Onlar bəzən günlərlə yoxa çıxır, Stokholmdakı həmyerlilərinin yanında qalırdılar. Bu aralarda məndən ötrü darıxar, düşərgəyə girən kimi otağıma gəlməyə tələsərdilər. Düzü, bu yeniyetmə xuliqanları oğurluq vərdişlərinə görə tez-tez danlasam da, onların çevikliyi, dünyanı veclərinə almamaları xoşuma gəlirdi. Qoyun sürüsü kimi yatışan ərəblər hara, civə kimi bir yerdə dayanmayan bu sarışınlar hara?   Bir dəfə yenə gecəyarı gəldilər ki, qalx, gedək bizim otağa, sənə sürprizimiz var. Kompüteri söndürüb, onların otağına gəldim. Gənclər otaqlarının pəncərəsindən həzin-həzin yağan qarın altında yatan bir maşın göstərib dedilər, bunu təzə almışıq, necədi, xoşuna gəlir? Məni gülmək apardı, maşınlarını “qutladıqdan” sonra dedim, siz nağayrırsınız əə, köpəyuşağı, olmaya bunu da oğurlamısınız?! Dedilər, yox, oğurluq deyil, atışıb hesabımızdakı pulla almışıq.   İsveçdə benzin baha olsa da avtomobil çox ucuzdu. Bu mənada, onların yalan danışmadığı qənaətinə gəldim. Lakin düşərgə həyatında bizə heç də maşın lazım deyildi, çünki marşrut avtobuslar hər tərəfə saat kimi işləyirdi. Bildim ki, maşın bu sarışın tülkülərə oğurluq üçün lazımdı.   Sonra çarpayının iri siyirməsini açıb oğurluq viskiləri, araqları, kofeləri, nə bilim, vakuumda saxlanılan qaxac ət və kolbasaları, bahalı siqaretləri, kürü bankalarını göstərib dedilər, bunları çox ucuz qiymətə satırıq. Ardınca süfrə açıb stola ballı viski qoydular və xüsusi qeyd elədilər ki, bu viskini məhz səninlə içmək üçün oğurlamışıq.   Biz “blatnoy” rus musiqisinin altında bala-bala vururduq. Onlar deyib-gülür, skaypda Belorusdakı dostları ilə danışıb şənlənirdilər. Ordakı kasıb dostlarına səslənərək: “A kişilər, burda hər şey bizim üçün havayıdı! Girirsən mağazaya, sumkanı doldurub aradan çıxırsan! Nə nəzarət var, nə bir şübhələnən!” – söyləyib məzələnirdilər. Oradakılar da: “Avropadı daa, kommunizmdi yəqin! Onda tezliklə biz də gələcəyik!” - deyə, qabaqlarındakı ucuz araqdan içib qışqırışırdılar.   Onlar arada Belorusdakı insanların maddi durumundan danışıb qan ağlayırdılar. Ancaq ölkədə zavodların, fabriklərin, kolxoz-sovxozların fəaliyyət göstərməsini danmır, sadəcə, işləmək istəmirik, deyirdilər. Bir də yalan-gerçək deyirdilər ki, Belarusda bir vətəndaş işsizdirsə, o hər ay dövlətin hesabına yüz dollar köçürməlidi. Mənə elə gəlir ki, camaatı məcburi işlətmək üçün bu qanunu Lukaşenko yoldaş dərindən düşünərək şəxsən özü tapıb. Bilmirəm, Belorusda belə bir qanun varmı, yəni, uşaqlar düzmü deyirdi? Nə isə, qayıdaq İsveçə...   Həqiqətən, buradakı birtərəfli kamera quraşdırılmış əyalət mağazalarına girib nə desən oğurlamaq mümkün idi. Əlinə nə keçdi, çantana doldurub, mağazanın kassa olmayan tərəfindən çıxa bilərsən. Çünki heç bir isveçlinin ağlına gəlməz ki, kimsə götürdüyü malın pulunu ödəmədən aradan çıxmağı özünə sığışdırar. Belorusların bu halı mənə çox komik görünürdü, görəsən, bunlar hansı ağılla belə eləyirlər?   Nə isə, “xuliqanlar”la yeyib-içdiyimiz yerdə gördük, otağın qapısı döyüldü və içəri bir neçə suriyalı ərəb daxil oldu. Sən demə, belorus çocuqlar artıq öz otaqlarını mağazaya döndəribmiş. Onların əsas müştəriləri Suriya ərəbləri idi. Çünki qara ərəblər özlərini spirtli içkidən kənar tutar, haram sayardılar. Oradakı müşahidəmə görə, Suriya ərəblərinin əksəriyyəti spirtli içkiyə aludə idi. Belarusların içində yaşca ən kiçik olan Seryoqa ingiliscə alababat danışa bildiyindən otağa gələn ərəblərlə alveri də o eləyirdi. Onlar eynən bazardakı kimi öz aralarında mübahisələr eləyər, satılan malın qiymətini qaldırıb-endirərdilər. Elə düşərgədəcə yerlisi qadın emiqrantla tanış olub birgə yaşayan bir suriyalı belorusların əsas müştərisi sayıla bilərdi. Onlar adətən, bu otağa birlikdə gələr, birgə “mal” seçib alar, sonra deyə-gülə çıxıb gedərdilər. Ancaq bu ərəb qiymət üstündə mütləq uzun-uzadı çənə-boğaz olardı. Seryoqa da qiymət öldürmək istəyən bu ərəbə risk etdiklərini tez-tez xatırladardı. Bu mənzərə mənim üçün komediya kimi görünərdi.   Bir gün beloruslara dedim, ay uşaqlar, axı, bu hərəkətlərinizi bilsələr sizə sığınacaq verilməsi məsələsi şübhə altına alınacaq. Gülüb dedilər, əziz dost, sən narahat olma, onsuz da bizə sığınacaq-zad verən olmayacaq, beləcə gedəcəyik, harda qırılar-qırılar! Mən bu ölkədən sığınacaq almaq şansımı sual altında qoymamaq üçün oğrularla təmasımı azaltmaq qərarına gəldim. Düşünürdüm ki, ərəblərin çuğulluğu ilə əvvəl-axır bu işin üstü açılacaq. Ən azı alver elədikləri vaxt mən bu ağılsız oğruların yanında olmamalıyam.   Düşərgədə hərdən elə depressiyaya düşürdüm, bundan yalnız spirtli içki ilə çıxmaq mümkün idi. Mağazalar uzaq olduğuna görə arzuladığım zaman içki tapmaq olmurdu. Bir neçə günlüyə Stokholma gedəcəklərini bilib, belorus “qaqaşlarımdan” iki ədəd viski alaraq öz otağıma qayıtdım. Onu da deyim ki, qiymət üstündə mübahisə etmədiyimə görə sarışınlar mənə ərəblərlə müqayisədə çox endirim edər, “əşi, sənə qurbandı!” deyərdilər.   (Davamı olacaq)
Просмотров: 400 | Добавил: mozalax | Теги: Qutu.moy.su | Рейтинг: 0.0/0
Всего комментариев: 0
omForm">
avatar
Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  oktyabr 2014  »
b.eç.açc.ac.şb
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024