Mənim saytım
Saytın menyusu
Bölmələr
Siyasət [19]
Sosial [24]
Hadisə [43]
İqtisadiyyat [9]
Dünya [17]
Avto [0]
Mədəniyyət [4]
Maqazin [3]
İdman [2]
Texnologiya [9]
Hərbi [0]
Foto [1]
Video [1]
Cəmiyyət [0]
Şou-biznes [1]
Maraqlı [8]
Ədəbiyyat [0]
Hücrə [0]
Proje [0]
Media [0]
Kinoteatr [0]
Qeyri adi [0]
Tarix [0]
Füzuli [1]
Bakı [0]
Digər [4]
Qazax [0]
Sağlamlıq [0]
Gündəm [1]
Ölkə futbolu [13]
Xarici futbol [1]
Digər idman növləri [6]
Bizim kuponlar [0]
Komanda [2]
Akademiya [0]
Kommersiya [0]
Klub [0]
İctimaiyyət [0]
Digər növlər [0]
Ramiz Quliyev [1]
Per Laqerkvist [1]
Lev Tolstoy [0]
İnanclar [1]
Ailə [1]
Sevgi [1]
Sağlıq [1]
Dəb [0]
Evim [0]
Mətbəx [0]
Həyata tərzi [0]
Əyləncə [0]
Mütəxəssislər [0]
Cinayət [0]
Din [0]
Ordu [1]
Mini Çat
200
Statistika

On line: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2014 » oktyabr » 28 » Sirli Suriya: kim kimə qarşı? - TƏHLİL
21:27
Sirli Suriya: kim kimə qarşı? - TƏHLİL
“...bax, o zaman Bəşər Əsəd hakimiyyətdən gedəcək”  2010-cu ilin sonu, 2011-ci ilin əvvəllərində Tunis, Misir və Liviyanı cənginə alan “Ərəb baharı” artıq üç ildən çoxdur ki, Suriyada dalana dirənib. “Domino daşı” effekti ilə yıxılan Bin Ali (Tunis), Hüsnü Mübarək (Misir) və Müəmmar Qəddafidən (Liviya) sonra bütün dünyanın diqqəti Suriyaya, prezident Bəşər Əsədə çevrilmişdi. Suriyalılar BƏƏS partiyasının lideri, 1971-2000-ci illərdə Suriyanı “dəmir yumruq”la idarə etmiş atası Hafiz Əsəddən hakimiyyəti təhvil alan Bəşər Əsəddən, Əsəd ailəsindən cana doymuşdu. Afrikanın şimalındakı inqilablar suriyalıların da qəlbində ümid işığını közərtmişdi. “Dəməşq qəssabı” tez-tələsik islahatlara başlasa da, suriyalılar fikirlərində qəti idilər: Bəşər Əsəd getməlidir! Əslində, Tunis, Misir və Liviya ssenarisinin çəkilməsi üçün Suriya da uyğun məkan idi.     Bəs nə baş verdi? Necə oldu ki, hamının “bu gün, sabahlıqdır” deyib, digər diktatorlar kimi tarixin arxivinə atılacağını düşündüyü Bəşər Əsəd hakimiyyətdə qaldı? Digər ərəb ölkələrindən fərqli olaraq niyə Suriyada inqilab baş tutmadı?   Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi, şərqşünas Aidə BağırovaLent.az-a açıqlamasında Suriyanın hazırkı vəziyyətə gəlib çıxmasında ölkədəki etnik və dini müxtəlifliyi, o cümlədən iqtidarın yürütdüyü sərt siyasəti səbəb göstərdi: “Suriya Yaxın Şərq regionunda açar rolunu oynayır. Tunis, Misir və Liviyadan fərqli, Suriyada həm etnik, həm dini müxtəliflik var. Hakimiyyətin idarəetmə metodları da fərqlidir. Bütün bu sadaladığım amillərə görə, Suriya problemini tez bir zamanda çözmək mümkün olmadı. Hazırda ölkə daxilində davam edən vətəndaş qarşıdurmasında böyük xətlər meydana gəlməkdədir. Dünya dövlətləri problemi öz maraqları çərçivəsində həll etməyə çalışır. Digər tərəfdən, Suriya iqtidarının yürütdüyü siyasət də tez bir zamanda ölkədə problemin çözülməsinə imkan yaratmır”.   Suriya faktiki olaraq 4 yerə bölünüb: Bəşər Əsəd rejimi, ona qarşı olan ənənəvi müxalifət, İŞİD və Xalq Mühafizə Birliklərinin (YPG) rəhbərlik etdiyi kürd silahlıları.   Bəşər Əsəd rejimi: gücü, müttəfiqləri       Komandirlər – Bəşər Əsəd, qardaşı Mahir Əsəd və başqaları.   Döyüşən qüvvələrin sayı – Suriya Silahlı Qüvvələri (178 min nəfər), Milli Təhlükəsizlik Xidməti (8 min nəfər), Milli Müdafiə Nazirliyi (60 min nəfər), “Əl-Abbas” briqadası (10 min nəfər), “Hizbullah” (5 min-15 min nəfər), İran (150-1500 nəfər).   İtkilər – 30 - 32 minə yaxın hərbçi və polis, 1000 nəfər hökumət nümayəndəsi, 262 nəfər isə “Hizbullah”çı öldürülüb. Müttəfiqləri: İran, “Hizbullah”. Müxalifət   Azad Suriya Ordusu, “İslami cəbhə” və “Əl-Nusra cəbhə”si.   Komandirlər – Səlim İdris, Mustafa Əhməd əl-Şeyx, Riyad əl-Əsəd (Azad Suriya Ordusu), Əhməd İsa əş-Şeyx (“İslami cəbhə”).   Döyüşən qüvvələrin sayı – Azad Suriya Ordusu (40 – 50 min nəfər), “İslami cəbhə” (40 - 50 min nəfər), “Əl-Nusra cəbhə”si (7 – 8 min nəfər).   İtkilər – 30 - 40 min arası döyüşçü öldürülüb.   “İraq Şam İslam Dövləti”   Komandir – Əbu-Bəkr əl-Bağdadi.   Döyüşən qüvvələrin sayı – (6 -7 min nəfər).   İtkilər – 1000-ə yaxın.   Kürd silahlılar   Xalq Mühafizə Birlikləri (YPG), PKK.   Komandir – Saleh Müslüm Məhəmməd.   Döyüşən qüvvələrin sayı – (10-35 min nəfər).   İtkilər – (430 nəfər).   Fransa İnsan Hüquqları Mərkəzinin hesabatına görə, Suriyadakı qarşıdurmalar zamanı 120 min günahsız insan öldürülüb. Keçən ilin dekabrında müxalifətin verdiyi rəqəmlərə görə isə, 95 min 152 – 130 min 433 nəfər mülki əhali qətlə yetirilib. Suriya insan haqları təşkilatının 2013-cü ilin dekabrındakı hesabatında 180 min 433 nəfər öldürüldüyü qeyd olunub. 1000 nəfərdən çox əcnəbi vətəndaş Suriyada gedən müharibədə həyatını itirib.   2011-ci ilin martında baş qaldıran iğtişaşları yatırtmaq üçün Bəşər Əsəd rejiminin güc tətbiq etməsi, nəticədə həmin ilin avqustunda müxalifəti silahlı taktika seçməyə vadar etdi.   Rejimdən narazı hərbçilər Suriya ordusundan ayrılaraq müxalifətə keçdi. Beləliklə də, Azad Suriya Ordusu (ASO) yaradıldı, o cümlədən islamçı təşkilatlar da Bəşər Əsədə qarşı çıxdılar və vətəndaş müharibəsinə start verildi.   2013-cü ildə Azad Suriya Ordusu, “İslami cəbhə” və “Nusra cəbhəsi” ön planda Bəşər Əsədə ciddi müqavimət göstərməyə başladılar.   Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu da Suriyanı böhrana aparan yolun ölkədəki qarışıq vəziyyətdən və xarici təsirdən keçdiyini düşünür: “Bəşər Əsəd iqtidarının uzun illər yürütdüyü yanlış idarəçilik və bu idarəçiliyin zorakı mexanizmlər üzərində qurulması ölkəni bu həddə gətirib çıxardı. Məsələ burdadır ki, Suriya ərəb ölkələri arasında məzhəb, etnik baxımdan ən qarışıq ölkədir. Bildiyiniz kimi, Suriyada uzun müddət idi ki, idarəçilik bir ailənin, azsaylı qrupun dəstəyini qazanmış bir komandanın nəzarətində idi. Böhranın yaranmasında bu amili yaddan çıxarmaq olmaz. Üstəlik, xarici faktorlar. Amma istənilən halda daxili sabitlik olsaydı, xarici faktor ciddi rol oynaya bilməzdi. Bu gün zorakılıqla saxlanılan dövlət faktiki olaraq parçalanıb. Digər tərəfdən, məzhəblərarası qarşıdurma pik həddə çatıb. Ərəb dünyasında, xüsusən Suriyada kənar qüvvələr məhz bu amildən istifadə edib sabitliyi pozaraq maraqlarını təmin etməyə çalışırlar. Suriya dövləti faktiki olaraq süqut ərəfəsindədir”.   Politoloq haqlıdır. “İslami cəbhə” hazırda Hələb şəhər mərkəzinin şərq və qərb hissələrinə, Türkiyə sərhədindəki Azez, Maarratul Numan, Cisr əş-Şuğur ərazilərinə də nəzarət edir.   ASO və “Nusra cəbhə”si isə Humus vilayətinin Hula və Rastan bölgələrini, Colan təpəlikləri sərhədindəki Kuneytra və Dəra ərazilərini əlində saxlayır.   Müxalifət isə İdlibi tamamilə işğal edərək Bəşər Əsəd qüvvələrinə ağır zərbə endirmək istəyir. Eyni zamanda, müxalifət paytaxt Şamın şərqində hakim mövqeyə sahibdir. Müxalifət qüvvələri xüsusilə, Suriya-Livan sərhədindəki Kalamun ərazisində Bəşər Əsəd qüvvələrinə ağır zərbələr endirib.   2013-cü ildə Suriyanın şimalında sürətlə irəliləyən terror təşkilatı İŞİD müxalifətin nəzarətindəki Hələbin şərq hissəsini ələ keçirib. Terrorçuların tutduğu Rakka şəhəri isə İŞİD-in mərkəzinə çevrilib. Müxalifətin Əsəd qüvvələrindən aldığı şəhər və kəndlərə hücum edən İŞİD bir növ müxalifətin qarşısını kəsmək funksiyasını yerinə yetirir.   Politoloq Ərəstun Oruclu Əsəd rejiminin İŞİD qüvvələrinə dəstəyi versiyasının ağlabatan olduğu fikrindədir: “Mən bu variantı heç vaxt istisna etməmişəm. Əvvəldən Bəşər Əsəd rejiminin İŞİD-in mövcud olmasında maraqlı olduğu versiyası olub. Ən azından ona görə ki, İŞİD müxalifət qüvvələrin parçalanmasına xidmət edir. Və bu da faktiki baş verir. İŞİD-in törətdiyi vəhşilik, qəddarlıq son nəticədə “Əl-Qaidə” kimi terror təşkilatının ondan uzaqlaşmasına gətirib çıxardı. İŞİD-in güclənməsində maraqlı olan daxili və xarici qüvvələr onu ilk olaraq İraqa yönəldib, daha sonra anti-terror koalisiyası yarananda Suriyaya qaytardılar”.   “Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov isə İŞİD-in regionda tək olmadığını bildirdi: “Təbii ki, İŞİD İraqda tək deyil. Xüsusən, o məntəqədə radikal qruplar var. İŞİD əvvəllər də olub. İlk olaraq adı “İraq İslam Dövləti” adlanırdı. Suriyada vətəndaş müharibəsi başlayanda İŞİD ilk olaraq, “Əl-Qaidə” və “Əl-Nusra”ya qoşuldu. Lakin bir müddət döyüşəndən sonra ayrıldılar. Hətta “Əl-Nusra”nın tərkibində döyüşənlərin bir hissəsi, cihad, xüsusilə də təkfirə meylli olanlar İŞİD-ə qoşuldular”.   Hacı Qamət Şam şəhərinin terror təşkilatının adında təsadüfən istifadə olunmadığına da diqqət çəkdi: “İndiki xəritəyə fikir versək, Şam dövləti əvvəllər Suriya, İordaniya, Livan və bir də Fələstin-İsrail torpaqlarını əhatə edirdi. Həm də Şamın fəziləti haqqında peyğəmbərimizin hədisləri var. Yaddan çıxarmaq olmaz ki, peyğəmbərlər əsasən o ərazilərdən gəliblər. İsa peyğəmbərin də zühuru da məhz Şamda gözlənilir. Şam fəzilətli yerdir, ora elə-belə yer deyil”.   Hacı Qamət həmin regionda böyük oyunların getdiyini də sözlərinə əlavə etdi: “İslam xilafətinin yaradılmasını gərək alimlər təsdiq edə. Həm də bu işi seçilən, etibarlı adamlar öz üzərinə götürməlidir. Bilirsiniz ki, tarixdə belə hadisələr çox olub. Belə adamlar həmişə olub, ətrafına müəyyən dəstə yığıb özünü xəlifə elan edib. Təbii ki, İŞİD-i mötəbər alimlər qəbul etmir, tanımır. Bunlar hamısı həmin məntəqədə gedən böyük oyunun bir parçasıdır”.   İŞİD hazırda Hələbdən geri çəkilsə də, Deyr-əz-Zor və Əbu Kamal şəhərlərinə nəzarəti əlində saxlayır. “Dövlət” şimaldakı Tel Abadı işğal etdikdən sonra, Kobani (Ayn el Arap) üzərinə hücuma keçib. İŞİD Kobanidən başqa  PYD və bəzi kürd silahlılarla Qamışlıdakı Tel Xamis və Məbruka cəbhəsində də vuruşur.   İraqın şimalındakı Kürdüstan muxtar vilayətinin müstəqilliklə bağlı referendum qərarı, bölgədəki dövlətlərin, xüsusən Türkiyənin Məsud Bərzani administrasiyası ilə isti münasibətləri, o cümlədən son günlər İŞİD-in kürd şəhəri Kobaniyə hücumu, kömək üçün peşmərgənin Kobaniyə göndərilməsi və bu kimi digər amillər regionda Suriya və İraqın hesabına Kürdüstan dövləti yaradılacağı ehtimalını daha da gücləndirir.   Tarixçi-alim Aidə Bağırova indiki mərhələdə müstəqil Kürdüstan dövlətinin yaranmasını o qədər real görmür: “Kürdüstan dövlətinin yaranması prosesinin əsası Birinci Körfəz savaşından sonra qoyuldu. Şimali İraqda Kürdüstan dövlətinin əsasları qoyulmağa başlanıldı. Həmin coğrafiyada kürdlər öz strukturlarını yaratmağa başladılar. Onların öz parlamentləri, hökumətləri yarandı. Koalisiya qüvvələri də müxtəlif siyasi, hərbi yardımla bu prosesə təkan verirdi. Bütün bunlar kürd iqtidarını Şimali İraqda ayaqda saxlamağa kömək edirdi. 2003-cü ildə Səddam Hüseyn hakimiyyətdən gedəndən sonra başda Məsud Bərzani olmaqla, Kürdüstan muxtar regionu yarandı. Artıq kürdlər İraqda mərkəzi hakimiyyətdə geniş təmsil olundular. Cəlal Təlabani prezident, Xoşyar Zəbari isə xarici işlər naziri kimi vacib postları tutdular. Bütün bunlar hamısı kürdlərin İraqda söz sahibinə çevrildiyindən xəbər verir. Kürdüstan muxtar regionu mərkəzi hakimiyyətdən asılı olmayaraq idarə olunur. O cümlədən, neftdən gələn gəlirin hesabına sosial-iqtisadi layihələr həyata keçirilir. Region dövlətləri ilə məhz İraq vasitəsilə deyil, özləri müstəqil əlaqələr qururlar. O cümlədən də, bu xətt Türkiyə hökuməti ilə də mövcuddur. Həm də İŞİD-in regionda peyda olması və onun son dərəcə radikal addımları ilə bağlı müxtəlif xətlər işə düşüb. Burda kürd xətti də öndədir. Vahid Kürdüstan dövlətini qurmağa çalışırlar. Bu xətt aydın sezilir. Hələlik proseslər davam edir. Amma mən hesab etmirəm ki, tez bir zamanda, məsələn 1-2 il ərzində vahid dövlətin yaranması mümkün olacaq”.   Politoloq Ərəstun Oruclu müstəqil Kürdüstan dövlətinin daha çox regiondakı dövlətlərin maraqlarından asılı olduğunu dedi: “Ərəb ölkələrinin başqa bir ərəb ölkəsinin parçalanmasına münasibəti neqativdir. Tək Suriyada deyil, İraqda yaranmış boşluqdan istifadə edən kürdlər “Böyük Kürdüstan” yaratmaq iddiasındadırlar. Bu istiqamətdə artıq addımlar atırlar, proses gedir. Həm də İraqa ciddi təsir imkanları olan İranın da bu parçalanmada nə dərəcədə maraqlı olub-olmadığı əsas götürülməlidir”.   Oktyabrdan Əsəd qüvvələri artıq Lazkiyə, Tartus, Hama, Humus ve Şam şəhər mərkəzlərinə, Sefira bölgəsində, Hələbin qərbindəki Nubl, İdlibin Vadiud-Dayf və Əbuz-Zuhur hərbi hava bazaları, İŞİD mühasirəsindəki Haseke və Deyr-əz-Zor hərbi hava bazalarına nəzarət edir. Suriya iqtidarı həlledici rola malik olan Hama-Şam xəttini də nəzarətdə saxlayır.   Suveyda və Tedmur kimi əhalinin az yaşadığı ərazilərdə də Əsəd ordusu hakimdir.   Kürdlərin çoxluq təşkil etdiyi Haseke və Qamışlı ilə ölkənin şimali-qərbindəki Afrində kürd silahlı qruplarının nəzarəti altındadır. Bu qruplar Kobanini İŞİD hücumundan qoruyur.   Aidə Bağırova bütün bu baş verənlər fonunda prezident Bəşər Əsədlə komandasının birlik nümayiş etdirdiyini və birliyin pozulması nəticəsində Əsəd diktaturasının laxlaya biləcəyi qənaətindədir: “Vətəndaş müharibəsinin ilk başladığı vaxtlar Bəşər Əsədin hakimiyyəti zəifləmiş kimi görünürdü. Lakin Rusiya, daha sonra Çinin köməyini alan Bəşər Əsədə region dövlətlərindən İranın da ciddi dəstəyi var. Bəşər Əsəd rejimi onların köməyi ilə iqtidarda qala bildi. Bir şeyi də nəzərinizə çatdırım ki, Bəşər Əsədin ətrafında sıx birləşən iqtidar partiyası BƏƏS vahid komanda kimi çıxış edir. Müəyyən istisnalar olmaqla, bəzi iqtidar mənsubları Türkiyəyə qaçdı,  bəziləri ordudan, vəzifələrindən öz xoşu ilə getsə də, Bəşər Əsədin komandası vahid şəkildə hərəkət edir. Bildiyiniz kimi, BƏƏS-in əsas aparıcı qüvvələri ələvilərdir. Bəşər Əsəd, onun atası Hafiz Əsəd də ələvi idi. Burda vahid mərkəzləşmiş komanda mövcuddur və bu komandada Bəşər Əsədin iqtidarda qalmağına kömək edir. Bu amili unutmaq olmaz. Ordu da, xüsusi xidmət orqanları da vahid komandanlıq altında idarə olunur, bunların arasında parçalanma baş verməyib. Nə vaxt ki, iqtidarın arxasından bu qüvvələr çəkiləcək, hə, bax, o zaman Bəşər Əsədin hakimiyyətdən getməyindən danışmaq olar”.
Просмотров: 347 | Добавил: mozalax | Рейтинг: 0.0/0
Всего комментариев: 0
omForm">
avatar
Daxil ol
səbət
Ваша корзина пуста
Axtarış
Təqvim
«  oktyabr 2014  »
b.eç.açc.ac.şb
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Аrxiv
Dost Saytlar
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • musa.sb MyCorp © 2024